Neftin qiyməti yüksəlir, Brentin bir bareli $83,95 təşkil edir

13:02 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Neftin etalon markaların qiyməti çərşənbə axşamı ticarətində artmaqdadır.

Saat 12:48-də London ICE Futures birjasında Brent üzrə dekabr fyuçerslərinin qiyməti $0,30 (0,36%) bahalaşaraq bir barelə $83,95  təşkil edib. Oktyabrın 11-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin dekabr üçün fyuçers qiyməti $1,26 (1,53%) artaraq bir barelə $83,65  təşkil edib.

Saat 12:48-də Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında WTI-nin noyabr ayı üçün fyuçerslərinin qiyməti $0,27 (0,34%) artaraq bir barelə $80,79 təşkil edib. Oktyabrın 11 - də baş tutmuş hərracların nəticələrinə görə, noyabr fyuçersinin dəyəri $1,17 (1,48%) artaraq bir barelə $80,52 təşkil edib.

 

Bütün xəbərlər