Koreya Bankı faiz dərəcəsini stabil saxladı

12:13 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Koreya Respublikası Mərkəzi Bankı faiz dərəcəsini dəyişməyərək 0,75% səviyyəsində saxlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir. Açıqlamada deyilir ki, bu qərar, COVID-19-a yoluxanların sayının artması, inflyasiya və ev borclarının artması səbəbiylə iqtisadi canlanmanın yavaşlamasına dair məlumatlar əsasında qəbul edilib.

Qeyd edək ki, Mərkəzi Bank, bir ay əvvəl faiz dərəcəsini artırmışdı.

Bütün xəbərlər