330x110
 

Daha bir ölkəyə vizasız gedə biləcəyik - Sənəd imzalandı

12.10.2021,12:14


12 oktyabr, Fineko/abc.az. Xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

ABC.AZ xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Serbiya Xarici İşlər Nazirliyində keçirilən görüş zamanı nazirlər tərəfindən bir Saziş və iki anlaşma memorandumu, o cümlədən, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Serbiya XİN arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu”, “Azərbaycan XİN ilə Serbiya XİN arasında konsulluq sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu” sənədləri imzalanıb.