Ölkənin mineral su ehtiyatlarının 40%-i Şərqi Zəngəzur və Qarabağ yerləşir - Nazir müavini

12:15 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Bu il Azərbaycanın işğaldan azad olunan ərazilərində su ehtiyatlarına nəzarət üçün 13 avtomat hidroloji stansiyanın qurulması nəzərdə tutulur.

ABC.AZ-ın məlumatına görə, bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

O qeyd edib ki, ölkənin mineral su ehtiyatlarının təxminən 40%-i Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında yerləşir.

"Burada təbii mineral sular müalicəvi məqsədlərlə istifadə oluna bilər. Bölgənin ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal sulardan istifadə isə böyük əhəmiyyət kəsb edir", - deyə R. Hacıyev qeyd edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər