330x110
 

Azad olunmuş ərazilərdə müasir avtomatlaşdırılmış sistemlər tətbiq ediləcək - Nazir müavini

12.10.2021,12:15


12 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakıda "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" adlı tədbir keçirilib.

ABC.AZ-ın məlumatına görə, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev qeyd edib ki, işğal nəticəsində infrastrukturu sıradan çıxarılan hidrometeoroloji məntəqələrdə tezliklə müasir avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə müşahidələrin bərpası planlaşdırılır.

"Həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı, bir neçə böyük göl və təbii mineral bulaqlar yerləşir. Buradakı zəngin yerüstü və yeraltı su ehtiyatlarından həm əhalinin içməli su ilə təminatında, həm də kənd təsərrüfatının inkişafı və elektrik enerjisi istehsalı üçün böyük istifadə potensialı var", - deyə nazir müavini bildirib.

Müəllif: Elmir Murad