Bakıda inşaat sərgisi keçiriləcək

12:18 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Oktyabrın 20-22-də Bakı Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi ("Baku Build-2021") keçiriləcək.

ABC.AZ xəbər verir ki, sərgi ilə eyni vaxtda "Qarabağın bərpası, yenidən qurulması və inkişafı" mövzusunda ilk Azərbaycan Beynəlxalq Sərgisi ("Rebuild Karabakh") baş tutacaq. Sərgiləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Qarabağ Dirçəliş Fondu dəstəkləyir.

"Baku Build-2021" sərgisinə “Tikinti materialları”, “Dam örtükləri və izolyasiya”, “İnteryer, bəzək materialları və dizayn”, “Boyalar, laklar və örtüklər”, “Landşaft arxitekturası və dizayn”, “Fasadlar, pəncərələr və qapılar”, “İnşaat avadanlıqları və texnologiyaları”, “Metal prokat”, “İşıq və elektrotexniki məhsullar” və digər tematik bölmələr daxildir.

 

Bütün xəbərlər