Bu mallarla bağlı şikayətlər artıb - Dövlət Xidmətindən açıqlama

12:19 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Təhlillər göstərir ki, 2021-ci ilin 9 ayı ərzində məişət texnikası, mobil telefonlar və elektrik avadanlıqların qüsurlu olması, dəyişdirilməsi və geri qaytarılma qaydalarının pozulması ilə əlaqədar istehlakçılar tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli artıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən ABC.AZ-a verilən məlumata görə, bu məsələlərin müzakirəsi məqsədilə Dövlət Xidmətində elektrik məişət avadanlıqlarının satışı ilə məşğul olan iri bazar iştirakçıları ilə görüş keçirilib.

Tədbirdə Dövlət Xidmətinə daxil olan müraciətlərin böyük hissəsinin mağazalar şəbəkələri tərəfindən məhsulların zəmanət şərtləri, istismar qaydaları, istehlak xüsusiyyətləri barədə istehlakçılara ətraflı və düzgün məlumatların verilməməsi, qüsurlu məhsulun texniki müayinəsi prosesi zamanı baş verən pozuntular, adekvat əvəzedici məhsulun təqdim edilməməsi və s. ilə bağlı olduğu bildirilib.

 

Bütün xəbərlər