Valyuta hərracında banklar 64,6 milyon dollar alıblar

12:40 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, oktyabrın 12-də keçirilən valyuta hərracında banklara $64,6 mln satılıb ki, bu da ötən hərracda olduğundan $2,5 mln və ya 3,73% azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $64,6 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər