Tələblərə cavab verməyən enerji içkilərinə qadağa qoyuldu – Detallar

16:03 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Tələblərə cavab verməyən enerji içkilərinin ölkəyə idxalına və istehsalına qadağa qoyulub.

Azərbaycan Qida Təhlükəsizliyi  Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, tələblərə əsasən, kofein, taurin, qlükoronolakton, inozitol, amin turşuları, B qrupu vitaminlər, quarana, maça kökü, yerba mate, jenşen, dəniz yosunu, şizandra, eleuterokokk, ginkgo biloba kimi bitkilərin ekstraktlarının ən azı 2-si içkinin təkibində varsa, həmin içki enerji içkisi hesab olunur.

Tərkibində bu komponentlərdən yalnız kofein istifadə edilərsə, onun miqdarı 15 mq/100 ml-dan artıq olduqda, həmin içkilər də enerji içkisi sayılır.

Bu qaydalar tərkibində insanın mərkəzi sinir sisteminə stimullaşdırıcı və ya antisedativ təsir göstərən enerji içkilərinə şamil edilir. Təbii çay, qəhvə, habelə təbii çay və qəhvə ekstraktı əsasında hazırlanan alkoqolsuz içkilər, eləcə də idmançılar üçün nəzərdə tutulan xüsusi içkilər  bura şamil olunmur.

Həmçinin tələblərə cavab verməyən məhsulların ölkəyə idxalına və istehsalına qadağa qoyulub.

 

Bütün xəbərlər