İlham Əliyev öz seçicilərinə müraciət etdi

00:54 - 12.04.2018


12 aprel, Fineko/ abc.az. Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə və inkişafa səs verib.

Prezident seçkilərində ona göstərilmiş etimada,  böyük dəstəyə görə Azərbaycan xalqına öz minnətdarlığını bildirən Azərbaycan prezidenti İlham Əliyev bunu öz müraciətində bəyan edib.

“Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə və inkişafa səs verib. Azərbaycan Ordusu, aprel döyüşlərində işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad etmişdir. O torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”, - dövlət başçısı belə deyib.

Dövlət başçısı bildirib ki, hazırda Azərbaycan dünyanın ən rəqabətədavamlı ölkələrindən biridir və ölkənin siyasəti əsasən Azərbaycan xalqının rifahına yönəlib.

“Azərbaycan dövləti, bu günkü kimi hələ heç vaxt güclü olmayıb. Biz, güclü Azərbaycan yaratmışıq və biz, ölkəmizi daha da çox möhkəmləndirəcəyik”, - İlham Əliyev bunu deyib.

 

Bütün xəbərlər