Neft ucuzlaşır, Brent bir barelə $83,33 təşkil edir

13.10.2021,10:04


13 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri çərşənbə günü ticarətində azalır.

Saat 09:26-da London ICE Futures birjasında Brent üzrə dekabr fyuçerslərinin qiyməti $0,09 (0,11%) ucuzlaşaraq bir barelə $83,33  təşkil edib. Oktyabrın 12-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin dekabr fyuçersi $0,23 (0,28%) azalaraq bir barelə $83,42 təşkil edib.

Saat 09:26-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında WTI-nin noyabr ayı üçün fyuçerslərinin qiyməti $0,11 (0,14%) düşərək bir barelə $80,53 təşkil edib. Oktyabrın 12 - də baş tutmuş hərracların nəticələrinə görə, noyabr fyuçersinin dəyəri $0,12 (0,15%) artaraq bir barelə $80,64 təşkil edib.