Azərbaycan vətəndaşları bir ayda Türkiyədən neçə mənzil alıb? - Açıqlama

11:57 - 13.10.2021


13 oktyabr, Fineko/abc.az. Azərbaycan vətəndaşları bu ilin yanvar-sentyabr aylarında Türkiyədə 1 020, təkcə sentyabr ayında isə 162 mənzil alıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrləri ilə müqayisədə müvafiq olaraq 15,5 % çox və 11,5 % azdır. 9 ay ərzində Türkiyədə xarici vətəndaşlara 37 948, ötən ay isə 6 706 mənzil satılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 25,4 % və 43,4 % çoxdur. Sentyabrda Türkiyədə ən çox mənzil alanlar İran vətəndaşları olub. Onlara ötən ay 1 323, yanvar-sentyabr aylarında isə 5 923 mənzil satılıb.

Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay Türkiyədə 990, yanvar-sentyabr aylarında isə 5 621 mənzil alıb.İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayıb. Bu ölkənin vətəndaşları Türkiyədə sentyabrda 540, yanvar-sentyabr aylarında isə 3 115 mənzilə sahib olub.

 

Bütün xəbərlər