Azərbaycanın turizm imkanları Ukraynada təbliğ edilib - Foto

14:26 - 13.10.2021


13 oktyabr, Fineko/abc.az. Ukraynanın Kiyev şəhərində keçirilən “Deluxe Travel Market” adlı vorkşopda Azərbaycanın turizm imkanları təbliğ edilib.

Azərbaycan Turizm Bürosundan ABC.AZ-a verilən məlumata görə, Vorkşopda 35 şirkətlə B2B (Biznesdən biznesə) formatında görüşlər keçirilib.

Görüşlərdə Azərbaycana ukraynalı turistlərin göndərilməsi və Azərbaycanın turizm şirkətləri ilə tərəfdaşlığın qurulması, eləcə də Ukrayna ilə Azərbaycan arasındakı aviauçuşlar kimi məsələlər müzakirə olunub.

Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar hazırda Ukraynadan Azərbaycana səfərlərə məhdudiyyət tətbiq olunur.

Müəllif: Elmir Murad


Bütün xəbərlər