Prezident yol tikintisinə 2 milyon manatdan çox pul ayırdı - Sərəncam

15:54 - 13.10.2021


13 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev "Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncamla Bakı şəhəri Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,6 milyon manat ayrılıb.

 

Bütün xəbərlər