Bu Bankın əməliyyat gəlirləri 16 faiz artıb

16:54 - 13.10.2021


13 oktyabr, Fineko/abc.az. Müştəri depozitləri tələbli və müddətli hesablara müvafiq olaraq 67% və 33 % nisbətində cəmlənib.

ABC.AZ xəbər verir ki, bu barədə Bankın 2021-ci ilin ilk yarımilliyə dair fəaliyyətinin yekunları ilə bağlı hesabatda vurğulanıb.

PAŞA Bank, 2021-ci maliyyə yarımilik üçün 33,280 min manat xalis gəlir qazandığını elan edib. Eyni dövr üçün toplam əməliyyat gəlirləri 128,446 min manat təşkil edib ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% çoxdur.

Bankın yarımillik faiz gəlirləri 127,501 min manat, qeyri-faiz gəlirləri 27,854 min manat təşkil eləmişdir.

Nəticədə qeyri-faiz gəlirinin ümumi əməliyyat gəlirlərinə nisbəti 22% təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər