Bakı-Xarkov qatarının marşrutu Kiyevə qədər uzadıldı

11:03 - 12.04.2018


12 aprel, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC Bakı-Xarkov qatarlarının hərəkət sxeminə dəyişikliklər etdi.

QSC-in məlumatında deyilir ki,  aprelin 21-dən etibarən Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılır.

“Aprelin 21-dən etibarən qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcəkdir. Qatar Bakıdan həftənin IV günləri saat 01-35- də yola düşəcək, Kiyev stansiyasına  həftənin I günləri saat 11-46- da çatacaq. Həmin gün saat 14-37- də əks istiqamətə yola düşəcəkdir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər