Neft bahalaşır, Brent bir barelə $83,73 təşkil edir

10:03 - 14.10.2021


13 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri, ötən günkü endirimdən sonra, cümə axşamı günü ticarətində artır.

Saat 09:29-da London ICE Futures birjasında Brent üzrə dekabr fyuçerslərinin qiyməti $0,55 (0,66%) bahalaşaraq bir barelə $83,73  təşkil edib. Oktyabrın 13-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin dekabr fyuçersi $0,24 (0,29%) enərək bir barelə $83,18 təşkil edib.

Saat 09:29-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında WTI-nin noyabr ayı üçün fyuçerslərinin qiyməti $0,51 (0,63%) artaraq bri barelə $80,95 təşkil edib. Oktyabrın 13 - də baş tutmuş hərracların nəticələrinə görə, noyabr fyuçersinin dəyəri $0,20 (0,25%) enərək bir barelə $80,44  təşkil edib.

 

Bütün xəbərlər