330x110
 

Mərkəzi Bank yeni layihəyə başlayır

14.10.2021,10:06


14 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank ölkədə maliyyə savadlılığının artırılması, kapital bazarı vasitəsilə maliyyələşmənin təşviqi məqsədilə oktyabrın 20-dən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, "Bakı Fond Birjası" QSC (BFB) və investisiya şirkətlərinin təşkilatçılığı ilə “İnvestisiya səyahəti” layihəsinə start verəcək.

Mərkəzi Bankdan ABC.AZ-a daxil olan məlumata görə, layihənin əsas məqsədi kiçik və orta biznes təmsilçilərinin, o cümlədən yeni biznes subyektlərinin kapital bazarları vasitəsilə maliyyələşməsinə, mövcud bizneslərin inkişafına və korporativ idarəetmə standartlarının təşviqinə dəstək olmaqdır.

Eyni zamanda layihə çərçivəsində regionlarda fəaliyyət göstərən biznes subyektlərinin kapital bazarları və BFB-də listinqin üstünlükləri barədə məlumatlandırılması, qiymətli kağızlar bazarı haqqında məlumatlılıq səviyyəsinin yüksəldilməsi, regionlarda bu sahəyə marağın artırılması və ümumilikdə biznes ictimaiyyətinin diqqətinin kapital bazarlarına yönəldilməsi nəzərdə tutulur.