Bağlanmış əmək müqavilələrinin sayı artıb - Hesabat

10:55 - 14.10.2021


14 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Vergi Xidməti vergi daxilolmaları və sosial sığorta ödəmələri sahəsində əldə olunan nəticələr haqqında məlumat yayıb.

ABC.AZ xəbər verir ki, 2021-ci ilin yanvar-sentyabr aylarında sözügedən qurumun xətti ilə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat vergi daxil olub.

Ödənilən vergilərin 74,1 faizi qeyri-neft-qaz sektorunun, 25,9 faizi neft-qaz sektorunun payına düşüb.

Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb.

Bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.

 

Bütün xəbərlər