Azərbaycanda neft gəlirlərindən istifadənin limiti tətbiq ediləcək

11:05 - 12.04.2018


12 aprel, Fineko/abc.az. Azərbaycanda yeni fiskal qaydalar hazırlanıb.

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib ki, qaydalar neft gəlirlərinin istifadəsi üçün maksimal hədd qoyacaq.

“Həmin qaydalara Maliyyə Sabitliyi Şurasında baxılıb və hökumətin təsdiq etməsi gözlənilir. Neft gəlirlərindən istifadənin limiti hər il bu qaydalar əsasında hesablanacaq”, - Şahmar Mövsümov belə deyib.

 

Bütün xəbərlər