Rusiya 187 müəssisəmizə ixraca icazə verib - AQTA sədri

11:36 - 14.10.2021


14 oktyabr, Fineko/abc.az. Bu ilin 9 ayında Rusiyaya pomidor və alma ixracına müvəqqəti məhdudiyyətin aradan qaldırılması ilə əlaqədar ölkədə aktiv istixana fəaliyyəti ilə məşğul olan 309 təsərrüfat barədə məlumatlar müqabil tərəfə təqdim edilib və 110 təsərrüfatda birgə videomonitorinqlər keçirilib.

ABC.AZ xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edək ki, ötən dövr ərzində 187 müəssisənin pomidor ixracına icazə verilib: "Həmin 187 müəssisənin bu il üzrə ixrac proqnozu 338,699 ton təşkil edir ki, bu da 2020-ci ildə ixrac olunmuş məhsulun 184,5 %-ni təşkil edir".

 

Bütün xəbərlər