Azərbaycan Aİ ölkələrinə bu mallardan ixrac edəcək - Anonsu verildi

14.10.2021,12:18


14 oktyabr, Fineko/abc.az. İşğaldan azad olunmuş ərazilərdə Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə heyvan xəstəliklərindən azad zonalar yaradılacaq. Artıqq bununla bağlı hüquqi bazanın yaradılmasına və təşkilati işlərin görülməsinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, sistemi tətbiq etməklə bütün heyvanları izləyə biləcəyik.

"Heyvanların hamısının keçirdiyi xəstəliklər, vaksinasiyası, hansı təsərrüfata aid olduğu barədə məlumatlar sistemdə əksini tapacaq. Heyvan xəstəlikləri üzərində dövlət nəzarətinin təmin olunması heyvan mənşəli məhsulların ixracının artmasına imkan verəcək. Hazırda Azərbaycandaan Avropa İttifaqı ölkələrinə qoyun yunu və balın ixrac edilməsinə icazə verilməsi üzərində iş gedir".