Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanıb

12.04.2018,11:10


12 aprel, Fineko/abc.az. Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də saat  8:00-dan 19:00-a qədər Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermə nəticələrini açıqlayıb.

MSK sədri Məzahir Pənahov bildirib ki, səsvermə 5641 seçki məntəqəsində keçirilib.

"Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə səsvermə nəticələri haqqında  seçki sahələrinin 92%-dən çoxundan  – 5201 məntəqədən məlumat daxil olub,  3 milyon 712 min 120 səs etibarlı hesab edilib", - Məzahir Pənahov belə deyib.

Onun sözlərinə görə, əldə edilən məlumatlara görə, Əliyev İlham 3 522 192 min milyon səs (86%), Əlizadə Araz -  51 min 738 səs (1.39%), Hacıyev Hafiz - 56 min 153 səs (1,51%) Həsənquliyev Qüdrət - 112 min 915 səs (3.04%), Quliyev Fərəc - 43 min 546 səs (1,18%),  Məmmədov  Sərdar - 112 min 78 səs (3.02%), Nurullayev Razi - 27 min 706 səs (0,75%), Oruc Zahid - 115 min səs 462 (3.11%) toplayıb.

 

Açar sözlər: seçkilər İlham Əliyev