Azərbaycanda 1448 yeni yoluxma halları aşkarlanıb

17:05 - 14.10.2021


14 oktyabr, Fineko/abc.az. Sutka ərzində Azərbaycanda koronavirusa yoluxma ilə bağlı 1 148 yeni hal aşkar edilib, 847 nəfər müalicə olunub, 11 nəfər dünyasını dəyişib.

Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 496 780 fakt aşkarlanıb. 476 229 nəfər müalicə olunub, 6 720 nəfər dünyasını dəyişib. Aktiv xəstələrin sayı 13 831-dir.

Koronavirus infeksiyasının yeni hallarının aşkarlanması üçün sutka ərzində 10 092 test keçirilmiş, ötən müddət ərzində isə 4 489 627 test keçirilmişdir.

 

Bütün xəbərlər