"Bravo" böyük zərərdə - Borcları da artıb

17:31 - 14.10.2021


14 oktyabr, Fineko/abc.az. "Bravo" brendinin sahibi olan "Azərbaycan Supermarket" şirkəti son 3 ili böyük zərərlə başa vurub.

ABC.AZ Fed.az-a istinadən xəbər verir ki, son 3 ildə şirkətin gəlirləri iki dəfədən çox artıb.

Belə ki, 2018-ci ildə 232,3 milyon manat gəlir əldə etdiyi halda, 2019-cu ildə «Azərbaycan Supermarket»in gəlrləri 401,7 milyon manat, 2020-ci ildə isə 513 milyon manat təşkil edib.

Buna baxmayaraq şirkət hər 3 ili zərərlə başa vurub. "Bravo"nun zərəri 2018-i ildə 43,6 milyon manat, 2019-cu ildə 41,8 milyon, 2020-ci ildə isə təqribən 47 milyon manat olub. 

Bu dövrdə şirkətin borcları da artıb. 2018-ci ildə şirkətin öhdəlikləri 151,4 milyon manat oldubu halda, 2019-cu ildə 272,9 milyon manat, 2020-ci ildə isə 379,3 milyon manat təşkil edib. 

 

Bütün xəbərlər