Bu iki kriptovalyuta bahalaşıb

10:23 - 15.10.2021


15 oktyabr, Fineko/abc.az. Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti 60 min ABŞ dollarına yaxınlaşıb.

ABC.AZ-ın məlumatına görə, sözügedən kriptovalyuta son 24 saat ərzində 3,2% bahalaşıb.

Bu son deyil. Belə ki, son 7 gün ərzində isə bitkoin 11,2% bahalaşaraq 59, min 624 ABŞ dollarına satılıb.

Nəticədə onun bazar dəyəri 1,1 trilyon ABŞ dollarını keçib.

Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 5% artaraq 3,8 min ABŞ dollarına çatıb.

 

Bütün xəbərlər