330x110
 

Bakıda turbo tipli dairə inşa ediləcək - Yeni layihə

15.10.2021,12:16


15 oktyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi tərəfindən "Ukrayna" dairəsində yol hərəkətinin təkmilləşdirilməsi məqsədilə layihə hazırlanıb.

ABC.AZ-ın məlumatına görə, ilk dəfə tətbiq ediləcək turbo tipli dairəvi hərəkət sxeminə uyğun olaraq, zolaqlar üzrə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək.

Mövcud problemləri nəzərə alınaraq hazırlanan layihə çərçivəsində mövcud dairənin yerində yeni turbo tipli dairənin inşa edilməsi planlaşdırılır ki, bu nizamlanmayan mürəkkəb yol kəsişmələri üçün yeni bir yanaşma, eyni zamanda müasir həll yolu hesab edilir.