330x110
 

Ələt Azad İqtisadi Zonasında su təchizatı sistemi yaradılır

15.10.2021,12:19


15 oktyabr, Fineko/abc.az. Ələt Azad İqtisadi Zonasında içməli və tullantı su infrastrukturlarının yaradılması işləri davam etdirilir.

ABC.AZ-a “Azərsu” ASC-dən verilən məlumata görə, hazırda iqtisadi zonanın magistral su kəmərləri və yağış sularının kənarlaşdırılması məqsədilə kollektorlar inşa olunur.

Qeyd olunur ki, Ələt Azad İqtisadi Zonasının içməli su təchizatı sisteminin yaradılması layihəsinə əsasən, ərazinin içməli su təchizatı Kür-Bakı magistral su kəməri  hesabına təmin olunacaq.

Növbəti mərhələdə sutkalıq gücü 2000 kubmetr olan modul tipli tullantı sutəmizləyici qurğu inşa ediləcək. 

Gələcəkdə Ələt qəsəbəsi və ətraf yaşayış məntəqələrinin, həmçinin Ələt Azad İqtisadi Zonasının inkişafı nəzərə alınaraq məhsuldarlığı sutkada 20000 kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur. Burada təmizlənən suyun kənarlaşdırılması məqsədilə Xəzər dənizinin dibi ilə 3 km uzunluğunda xəttin tikintisi də layihələndirilib.