Samir Şərifov: Azərbaycan Beynəlxalq Bankının maliyyə vəziyyəti sabitləşib

11:49 - 12.04.2018


12 aprel, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması  və toksik aktivlərdən təmizlənməsi prosesi artıq başa çatdırılıb.

Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki,  bu proses bankın özəlləşdirilməsi məsələsini aktivləşdirəcək.

“Bankın maliyyə vəziyyəti artıq tam sabitdir, lakin onun özəlləşdirilməsi məsələsi müəyyən vaxt tələb edəcək. Bank 2017-ci ilin yekunlarına dair auditdən keçmiş maliyyə hesabatlarını dərc etdirəcək. Bu da onu göstərəcək ki, bank artıq gəlirli bir maliyyə institutuna çevrilib və özəlləşdirmə prosesini başlamaq olar”, - nazir belə deyib.

 

Bütün xəbərlər