Ermənistan minalanmış sahələrin xəritələrini verməkdən imtina edir - Prezident

14:24 - 15.10.2021


15 oktyabr, Fineko/abc.az. Müharibədən sonra Azərbaycanın 150-dən çox vətəndaşı minaya düşərək həlak olub, yaxud ciddi xəsarət alıb.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

Prezident vurğulayıb ki, Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir:

“İşğaldan azad edilmiş ərazilərdə otuz il ərzində demək olar ki, bütün binalar, tarixi abidələr məhv edilib. Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qalan iki məsciddə ermənilər donuz və inək saxlamaqla qəsdən müsəlmanların heysiyyatını təhqir ediblər".

 

Bütün xəbərlər