Prezident Putinə təşəkkür edib

15:23 - 15.10.2021


15 oktyabr, Fineko/abc.az. Hərbi əməliyyatların dayandırılmasında Rusiya Prezidenti Vladimir Putinin xüsusi rolunu bir daha qeyd etmək istərdim.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

İ.Əliyev qeyd edib ki, bu, hər iki tərəfdən minlərlə insanın qurban getməsindən qaçmağa imkan verib.

Prezidenti vurğulayıb ki, Üçtərəfli Bəyanata müvafiq olaraq Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxarıb:

“O vaxta qədər Azərbaycanın Silahlı Qüvvələri döyüş meydanında 300-dən çox şəhəri və kəndi azad edib. Beləliklə, artıq qeyd edildiyi kimi, münaqişə hərbi-siyasi yolla həll edilib. Üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlıları yerləşdirilib. Nəqliyyat kommunikasiyalarılnın açılması məsələlərinin həlli üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavilərinin həmsədrliyi ilə işçi qrup yaradılıb”.

 

Bütün xəbərlər