330x110
 

Gələn ay ardıcıl 4 gün iş olmayacaq

15.10.2021,16:08


15 oktyabr, Fineko/abc.az. Bu ilin noyabr ayı üçün bayramlarla əlaqəli qeyri-iş günləri məlum olub.

ABC.AZ xəbər verir ki, noyabrın 8-də ölkədə Azərbaycanın Zəfər günü, noyabrın 9-da Azərbaycanın Dövlət bayrağı günüdür.

Qeyd edək ki, noyabrın 8-si və 9-u bayram qeyd olunacaq. Beləliklə, 6,7 noyabr həftə sonu, 8,9 noyabr bayram günü olduğundan ardıcıl 4 gün qeyri-iş günü olacaq.

Müəllif: Elmir Murad