Doqquz ayda xarici ticarət əməliyyatları bu qədər olub – Hesabat

11:13 - 18.10.2021


18 oktyabr, Fineko/abc.az. 2021-ci ilin 9 ayında (yanvar-sentyabr dövründə) Azərbaycanın cəmi xarici ticarət əməliyyatlarının həcmi 22 milyard 974 milyon 296 min ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, sözügedən dövrdə idxal əməliyyatları 8 milyard 344 milyon 475 min ABŞ dolları, ixrac əməliyyatları 14 milyard 629 milyon 821 min ABŞ dolları, müsbət xarici ticarət saldosu 6 milyard 285 milyon 345 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2020-ci ilin 9 ayında Azərbaycanın cəmi xarici ticarət əməliyyatlarının həcmi 18 milyard 403 milyon 273 min ABŞ dolları, o cümlədən idxal əməliyyatları 7 milyard 823 milyon 453 min ABŞ dolları təşkil etmişdi.

Bütün xəbərlər