330x110
 

“Standard Insurance”in aid mənzillər satışa çıxarıldı

18.10.2021,14:20


18 oktyabr, Fineko/abc.az. Oktyabrın 22-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-yə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin satışına dair hərrac keçiriləcək.

Bu barədə ABC.AZ-a qurumun Ləğvetmə Komissiyasından bildirilib.

Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli və Mirzə Ağa Əliyev küçələrində mənzillərin birləşdirilməsi ilə yaradılmış 270,5 kv.m-lik ofis alıcılara təklif ediləcək.

Əmlak üçün 1,350 milyon manat (ilkin satış qiymətindən 10 % aşağı) qiymət müəyyən olunub. Bu məbləğin 1 %-i, yəni 13 500 manat beh kimi ödənilməlidir.

Müəllif: Elmir Murad