330x110
 

Azərbaycanın pomidor ixracı azalıb - Səbəblər

18.10.2021,14:48


18 oktyabr, Fineko/abc.az. Azərbaycanın pomidor ixracı 2020-ci ilin 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayında dəyər ifadəsilə 23,5%, miqdar ifadəsilə 23,1% azalıb.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin 9 ayında Azərbaycandan 167 milyon 802 min dollar dəyərində 154 min 980 ton pomidor ixrac edilmişdi. Rusiyanın Azərbaycandan pomidor idxalına məhdudiyyətlər tətbiq etməsi sözügedən dövrdə ixracın düşməsinə səbəb olub.

Rusiyanın məhdudiyyətləri ləğv etməsilə May ayından pomidor ixracı sürətlənmiş, lakin indiyədək ötənilki səviyyələri aşa bilməyib.

Qeyd edək ki, iyuldan yenidən pomidor ixracının aylıq həcminin azaldığı müşahidə edilir.