330x110
 

Startapçıların sayı artır - Daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

18.10.2021,15:23


18 oktyabr, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 19-a çatıb.

“Startap” şəhadətnaməsi "GLOBAL İNNOVATİONS" MMC-nin onlayn ödəniş aqreqatoru və elektron ticarət üçün “www.epoint.az” platforması, "VVHELP" MMC-nin biznes subyektləri üçün onlayn müştəri dəstəyi barədə proqram təminatı, fərdi sahibkar Orxan Cəfərovun aqrar sektor üzrə onlayn məsləhət xidməti platforması, "SUPPLY CHAIN COMMUNITY" MMC-nin təchizatçılar və tədarükçülər üçün onlayn platforması və fərdi sahibkar Namik Hacıyevin onlayn bilik yarışması layihəsi üçün təqdim edilib.