330x110
 

Dövlət Agentliyi tenderin qalibini açıqladı - 3 şitkətə böyük məbləğ ödəyəcək

18.10.2021,15:37


18 oktyabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələri üçün bir müddət əvvəl elan etdiyi tenderə yekun vurub.

ABC.AZ-ın məlumatına görə, tender spesifik dərman vasitələrinin satın alınması ilə bağlı isi.

Tenderin qalibləri “Referans Pharmaceuticals”, “Esam LTD” və “Yurd Pharma” MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 1 192,9 min manat, 568,3 min manat və 647,3 min manat, ümumilikdə isə 2 408,5 min manat ödəniləcək.