Gürcüstanın Azərbaycana nə qədər borcu var?

16:27 - 18.10.2021


18 oktyabr, Fineko/abc.az.  Bu il oktyabrın 1-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana borcu 4,4 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib. Sənədə əsasən, borcun məbləği sentyabrda dəyişməyib.

Gürcüstanın ümumi xarici dövlət borcu isə 7,9 milyard dollara bərabərdir ki, bunun da 7,5 milyard dolları hökumətin payına düşür. Gürcüstanın digər qonşu ölkələrə - Türkiyə (8,529 milyon dollar), Rusiya (31,57 milyon dollar) və Ermənistana (4,21 milyon dollar) olan borcu da aylıq müqayisədə dəyişməyib.

 

Bütün xəbərlər