Tikinti şirkətləri xəbərdarlıq edildi - Bu cinayətdir

16:28 - 18.10.2021


18 oktyabr, Fineko/abc.az. Bakıda tikinti işləri apararkən ağacları məhv edən şirkətlərə xəbərdarlıq edilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev açıqlama verib.

O, bildirib ki, bu, cinayətdir və nazirlik belə hallarla daim mübarizə aparır: "Bəzi hallarda tikinti şirkətləri guya küçəni səliqəyə salmaq adı ilə ağaclara zərər vururlar. Bu, cinayətdir. Həmin adamların boynuna məftil dolasalar, yaşaya bilərmi?! Ağaclar da həmçinin. Adam var ki, ömründə bir ağac belə əkməyib, amma yaşıllığı məhv edir. Mən həmin şəxsləri təbiətə dost münasibəti göstərməyə dəvət edirəm. Yaşıllıq hər birimizə xidmət edir, oksigen mənbəyidir. Ən azından, öz sağlamlıqları üçün onlara qulluq etməlidirlər".

 

Bütün xəbərlər