Lirə ucuzlaşır - Evlər bahalaşır

17:02 - 18.10.2021


18 oktyabr, Fineko/abc.az. Türkiyədə lirənin dollar qarşısında ucuzlaşmasına baxmayaraq mənzillərin qiyməti bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, mənzil qiymətləri sentyabrla müqayisədə 3.9% artıb. İllik isə ölkədə mənzil qiymətləri ortaölçüdə 33.4% bahalaşma olub.

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı (TCMB) tərəfindən aparılan bu hesablama tarixində ən yüksək artım dinamikasıdır. Türkiyədə ən çox bahalaşma 53.7%-lə Aydın, Dənizli, Muğla bölgələrində, 44.3%-lə Diyarbəkir, Şanlıurfa bölgələrində, 23%-lə isə Tunceli Əlzağı və Bingöl sahəsində bahalaşma müşahidə edilib.

 

Bütün xəbərlər