330x110
 

BDU-da iki qrup distant təhsilə keçdi - Detallar

18.10.2021,17:18


18 oktyabr, Fineko/abc.az. Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarından olan 2 qrupda koronavirus aşkarlanıb.

ABC.AZ Report-a istinadən xəbər verir ki, həmin qruplar 14 gün müddətinə distant təhsilə keçib.

BDU-nun mətbuat katibi Günel Orucəliyeva faktı təsdiqləyib.