330x110
 

74 dövlət əmlakı çıxarılacaq

18.10.2021,17:28


18 oktyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti noyabrın 23-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

ABC.AZ xəbər verir ki, hərraca 74 dövlət əmlakı çıxarılacaq.

Bunlardan 18-i kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikili, 54-ü isə nəqliyyat vasitəsidir.

Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3jdyi2i)