330x110
 

Neftin qiyməti artır, Brent bir barelə $84,53 təşkil edir

19.10.2021,09:39


19 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri çərşənbə axşamı ticarətində yüksəlir.

Saat 09:19-d0 London ICE Futures birjasında Brent üzrə dekabr fyuçerslərinin qiyməti $0,20 (0,24%) bahalaşaraq bir barelə $84,53 təşkil edib. Oktyabrın 18-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin dekabr fyuçersi $0,53 (0,63%) azalaraq bir barelə $84,33 təşkil edib.

Saat 09:19-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında WTI-nin noyabr ayı üçün fyuçerslərinin qiyməti $0,30 (0,36%) artaraq bir barelə $82,74 təşkil edib. Oktyabrın 18 - də baş tutmuş hərracların nəticələrinə görə, noyabr fyuçersinin dəyəri $0,16 (0,2%) artaraq bir barelə $82,44 təşkil edib.

Bazarda ekspertlər neftin qiymətinin dekabrda bir barel üçün $100-dən yuxarı qalxmasını gözləyirlər. Oktyabrın əvvəlindən neftin qiymətinin bahalaşması 10%, 2021 - ci ilin əvvəlindən isə 70% artıb, lakin 2014-cü ildəki qiymət düşməsindən etibarən barel başına 100 dollara çatmamışdır.

Bəzi ekspertlərin gözləntilərinə görə, Brent markalı neftin 2022-ci ilin dekabr ayına 200 dollara çatacaq.