Azərbaycanda sabit internet sürəti də azalıb – Hesabat

10:20 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. Bu ilin sentyabr ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 25,10 Mbit/s, çıxış sürəti 26,88 Mbit/s təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu göstəricilər avqust ayı ilə müqayisədə müvafiq olaraq 1 və 1,3% azalıb.

Sentyabr ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 181 ölkə arasında 3 pillə geriləyərək 127-cü yerdə qərarlaşıb.

 

Bütün xəbərlər