2016-cı ildə buraxılmış birinci SOCAR istiqrazlarının tədavül müddəti başa çatıb

10:53 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. Azərbaycan kapital bazarında investorların ən çox tələbat göstərdiyi korporativ qiymətli kağız olan SOCAR İstiqrazlarının 5 illik tədavül müddəti 17 oktyabr tarixində yekunlaşdı. SOCAR İstiqrazlarının 20-ci və sonuncu kupon ödənişi nəticəsində 1 milyon 250 min dollarlıq faiz gəliri, eyni zamanda 100 milyon dollarlıq əsas məbləğ istiqraz sahiblərinin hesablarına köçürüldü. Bununla da, investorların yekun qazancı 25 milyon dollara çatmış oldu.

2016-cı ildə buraxılmış SOCAR İstiqrazları tədavül müddəti boyunca bir çox uğura imza atdı:

  • Abunə yazılışı dövründə istiqrazlara iki dəfədən artıq tələb gəldi;
  • Təkrar bazar əməliyyatlarının həcmi 202 milyon dolları üstələdi;
  • 2500-dən artıq əqd bağlandı;
  • Vətəndaşlarımız üçün alternativ investisiya imkanı təqdim edildi;
  • Əvvəllər kapital bazarlarında iştirak etməmiş yüzlərlə fiziki şəxs ilk dəfə istiqraz sahibi oldu;
  • Yerli kapital bazarlarımıza yeni investorların qazandırılmasına stimul verdi;
  • 5 illik müddət ərzində Bakı Fond Birjasında korporativ istiqrazlarla bağlanan əqdlərin 91%-i, əməliyyat həcminin isə 75%-i SOCAR İstiqrazlarının payına düşdü;
  • Repo əməliyyatlarının həcmi 36 milyon dolları ötdü;
  • Rüblük faizləri itirmədən, istiqrazları banka girov qoymaqla, aşağı faizli kredit götürülməsinə imkan yaratdı;
  • 5 il ərzində Birjadakı mümkün ticarət günlərinin 72%-indən çoxunda SOCAR İstiqrazları ticarət olundu;
  • Rüblük faiz ödənişləri daim qrafikə uyğun aparıldı;
  • Marketmeyker vasitəsilə likvidlik davamlı təmin edildi.

Xatırlatmaq istərdik ki, hazırda yeni SOCAR İstiqrazlarının abunə yazılışı davam edir (29 oktyabradək.) 1 və 5 saylı “ASAN” xidmət mərkəzlərindən, eləcə də ölkəmizdə fəaliyyət göstərən investisiya şirkətlərindən əldə edilməsi mümkündür. İlkin istiqraz sahibləri də hazırda davam edən abunə yazılışında iştirak edə bilərlər. İstiqrazların yerləşdirilməsi 1 noyabr tarixində baş tutacaq və faizləri rüblük qrafiklər əsasında ödəniləcək. Yeni istiqrazların da tədavül müddəti 5 ildir.

*19 99 çağrı nömrəsi daim investorların xidmətindədir.

Bütün xəbərlər