Sığorta xidmətlərinə əlçatanlıq rahatlaşacaq - Tətbiqlər hazırlanacaq

12:03 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. Azərbaycan vətəndaşlarının sığorta xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə müəyyyən mobil tətbiqlərin istifadəyə verilməsi planlaşdırılır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, mobil tətbiqlər vətəndaşlara sığorta məhsulu almaqla yanaşı, sığorta hadisələrinin tənzimlənməsində iştirak etməyə, sığorta şirkətlərinin fəaliyyətinə qiymətə verməyə imkan yaradacaq.

Bununla da, Mərkəzi Bank sığorta bazarında keyfiyyətli xidmət göstərilməsinə dəstək verəcək.

 

Bütün xəbərlər