Dövlət büdcəsinin gəlirləri azalıb – Müqayisəli hesabat

12:09 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar- sentyabr aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə büdcə gəlirləri 17 871,6 milyon manat, xərcləri isə 17 711,9 milyon manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,5% və 5% azdır.

Son nəticədə büdcədə 159,7 milyon manat qalıq yaranıb.

Xatırladaq ki, yanvar-avqust aylarının yekununda büdcə qalığı 310,7 milyon manat olub

 

Bütün xəbərlər