“Kəlbəcər” tankeri xarici sularda üzəcək - Dizel yanacağı ilə işləyir

12:21 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. Bakı Gəmiqayırma Zavodunda tikilən və ötən ay  istifadəyə verilən “Kəlbəcər” tankerinin xarici sularda istismarına qərar verilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən ABC.AZ-a daxil olan məlumata görə, yükü dizel yanacağı olan tanker ilk səfərinə çıxıb.

Gəmi Türkmənistanın Türkmənbaşı limanından Türkiyənin Gebze limanına doğru yola düşüb.

Yeni tanker Bakı Gəmiqayırma Zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən “Laçın” tankeri ilə eyni tiplidir.

 

Bütün xəbərlər