Valyuta hərracında banklar 60 milyon dollar alıblar

12:40 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, oktyabrın 19-da baş tutmuş valyuta hərracında banklara $60 mln satılıb ki, bu da ötən hərracda olduğundan $1,7 mln (2,76%) azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $60 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər