BVF-dən Azərbaycanın iqtisadiyyatı barədə açıqlama

15:47 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. Azərbaycan iqtisadiyyatının hazırkı bərpasının əsas drayverləri qeyri-neft sektoru, vaksinasiyanın sürətlənməsi və dövlət tərəfindən görülmüş fiskal və maliyyə tədbirləridir.

ABC.AZ xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur bildirib.

Onun sözlərinə görə, "OPEC+" kvotalarına uyğun olaraq hasilatın, neft və qazın qiymətlərinin artması Azərbaycanın beynəlxalq valyuta ehtiyatlarını artıracaq və icmal büdcəsində yaranmış kəsiri azaltmağa kömək edəcək.

 

Bütün xəbərlər